CONSULAR MEETING WITH THE AZERBAIJANI COMMUNITY IN FLORIDA

ABŞ-ın Florida ştatında səyyar konsulluq qəbulu

08.01.2015 [07:36]

Vaşinqton, 8 yanvar, AzərTAc

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən diasporumuzun üzvləri, eləcə də Birləşmiş Ştatların vətəndaşlığını əldə etmiş azərbaycanlı soydaşlarımız üçün Mayami şəhərində səyyar konsulluq qəbulu keçirilib.
Təşkilatın rəhbəri Töhfə Eminovanın məlumatına görə, səfirliyin konsulluq məsələlərinə məsul diplomatları Emil Səfərov və Vüsalə Muradəliyevanın iştirakı ilə keçirilmiş səyyar qəbulun məqsədi ilk növbədə Florida ştatında yaşayan vətəndaşlarımız və soydaşlarımıza hüquqi yardımın göstərilməsi, onların hüquq və mənafelərinin müdafiəsi sahəsində işin gücləndirilməsi, konsulluq xidmətləri ilə bağlı maarifləndirmə, vətəndaşların peşə və məşğuliyyəti, dislokasiya yerlərinə dair məlumat bazasının genişləndirilməsi olub.
Səyyar konsulluq qəbulu ilə əlaqədar əvvəlcədən məlumatlandırma işini təşkil etmək üçün Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının sosial şəbəkələrdəki səhifələrində və səfirliyin internet səhifəsində elanlar yerləşdirilib. Eyni zamanda, konsulluq uçotunda olan və Florida ştatında daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına məktublar ünvanlanıb.
Gün ərzində qəbula gələn həmvətənlərimiz üçün yerində bir sıra konsulluq əməliyyatları həyata keçirilib, onların sualları cavablandırılıb, əlaqədar hüquqi və prosedur məsələlər üzrə onlara məlumat və məsləhətlər verilib.
Konsulluq qəbulu münasibətilə keçirilmiş tədbirdə Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra yerli Florida sakinləri, eləcə də Nyu-Yorkda fəaliyyət göstərən AZEM – Azərbaycan Həmvətənləri Cəmiyyətinin hazırda bu ştatda yaşayan rəhbəri Nobert Yevdayev iştirak ediblər. Bu tədbir, həmçinin soydaşlarımızın yeni ilin ilk günlərində bir araya gəlmələri üçün əlavə fürsət olub və yerli diasporumuzun il ərzində planlaşdırılan fəaliyyəti və Azərbaycan səfirliyi ilə əməkdaşlığın gücləndirilməsi üzrə məsləhətləşmələrin aparılmasına şərait yaradıb.

Yusif Babanlı 
AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s